“HƏMAS”la 50 girovun azad edilməsi ilə bağlı danışıqlar nəticəsiz qalıb

21-10-2023, 08:56           
“HƏMAS”la 50 girovun azad edilməsi ilə bağlı danışıqlar nəticəsiz qalıb
ABŞ, İsrail və Qətərin 50 girovun azad edilməsi üçün Fələstinin radikal “HƏMAS” hərəkatı ilə apardığı danışıqlar nəticəsiz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, razılaşmanın şərtləri arasında müvəqqəti atəşkəs, İsrailin Qəzza zolağına su nəqlini bərpa etməsi və anklava humanitar yardımın çatdırılmasının intensivləşdirilməsi olub.

Nəşr bildirib ki, bu məsələni yaraqlılarla müzakirə etmək çətindir. Münaqişənin şiddətlənməsindən sonra ilk həftə ərzində radikal hərəkat əsir götürdükləri mülki şəxslərin taleyi ilə bağlı danışıqlara getmədi, üstəlik, bütün qaçırılan şəxslərin dəqiq yeri hətta “HƏMAS”a da məlum deyil.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken “HƏMAS”dan bütün girovları ilkin şərt olmadan azad etməyi tələb edib. O, həmçinin çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd edib və bildirib ki, bu, “HƏMAS”ın əsir götürdüyü insanların geri qaytarılmasına töhfə verəcəksə, Vaşinqton birgə işləməyə hazırdır.

İsrail ordusunun məlumatına görə, iki girov azad edilənə qədər “HƏMAS”ın Qəzza zolağında saxladığı girovların təsdiqlənmiş sayı 203 nəfər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru