Qarabağdakı ruslar da Ermənistana “qaçqın” düşdü?.. - Pahatonnan!..-FOTOLAR

21-10-2023, 10:56           
Qarabağdakı ruslar da Ermənistana “qaçqın” düşdü?.. -
“Yoxsa Naxçıvandakı “vertolyotu vurmağımız”, Qarabağda “sülməramlı”ların öldürülməsi kimi, bu fakt da gələcəkdə Azərbaycanın başına daha bir “qaxanc”, “minnət” olacaq ki?..”

Rusiyanın Ermənistandakı səfirliyi Qarabağdan “məcburi köçkün” düşmüş qondarma “rus icması”nın ailələrinə dəstək verib

Moderator.az. xəbər verir ki, məlumatı Rusiya Federasiyasının Ermənistandakı səfirliyi yayıb.

“Dağlıq Qarabağın rus icmasının məcburi köçkünləri bütün köçkünlər kimi çətin vəziyyətə düşüblər. Səfirliyin əməkdaşları və onların ailə üzvləri şəxsi vəsaitləri hesabına adyal, yastıq, yataq dəstləri, mətbəx ləvazimatları və digər zəruri əşyalar alıb rus icmasına veriblər.
Səfirlik konsulluq yardımı da göstərir. sənədlərlə bağlı problemlər və digər məsələlər tez həll olunur” – məlumatda belə deyilir.

Zəruri şərh:
Qarabağdakı ruslar da Ermənistana “qaçqın” düşdü?.. Pahatonnan!..Guya heç erməniləri qovmayan Azərbaycan ordusu rusları qovurdu... Guya Azərbaycan torpağındakı Rusiya “sülhməramlı”ları rusların orada qalmasını təmin edə bilmirdilər... Yoxsa bu da Qarabağdakı saxta “rus icması”nın rəhbəri Aleksandr Bordovun da agenti olduğu “FSB”-nin ssenari və oyunlarının tərkib hissəsidir? Yoxsa bu da Naxçıvandakı “vertolyot vurulması”, Qarabağda “sülməramlı”ların öldürülməsi kimi, bu fakt da gələcəkdə Azərbaycanın başına daha bir “qaxanc”, “minnət” olacaq ki, sizin hərbi əməliyyatlarınız sayəsində bizim millətimiz də qaçqın düşüb?..

P.S. Bəs görəsən, "rus icması"nın rəhbəri cənab Bordov özü haralardadır, görünmür? Yoxsa ona "qaçqın" kimi birbaşa Kremldən dəstək gəlib və indi də Krıma, yaxud Donbasa- "məzuniyyət"ə - "istirahət"ə yollayıblar?..

S.Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.