İsraildən müharibənin gedişatı ilə bağlı AÇIQLAMA

22-10-2023, 08:54           
İsraildən müharibənin gedişatı ilə bağlı AÇIQLAMA
İsrail Müdafiə Qüvvələri hadisələrin istənilən inkişafına hazır olduqlarını açıqlayıb.
Bu sözləri İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Aviçai Adri deyib.
O bildirib ki, İsrail hərbçiləri bölgədə baş verəcək bütün gərginliyə hazırdır.
Onun sözlərinə görə, hazırda ölkənin hərbi qulluqçuları da şimal rayonlarında yerləşdirilib. Üstəlik, İsrail öz ərazilərini qorumaq üçün müxtəlif vasitələrdən istifadə edir və lazım gəldikdə Livandakı Hizbullah hədəflərinə atəş açır.
Aviçai Adri əlavə edib ki, İsrail hökuməti sözügedən ərazidəki hadisələrə görə Livan hakimiyyətinin məsuliyyət daşıdığını açıqlayıb:
"Livan dövləti öz ərazisindən gələnlərə görə cavabdehdir". \\Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru