İranyönlü qruplar Yaxın Şərqdə vəziyyəti gərginləşdirərsə, ABŞ cavab verəcək

23-10-2023, 07:24           
İranyönlü qruplar Yaxın Şərqdə vəziyyəti gərginləşdirərsə, ABŞ cavab verəcək
İranyönlü qruplar Yaxın Şərqdə münaqişəni qızışdırarsa, ABŞ buna cavab verəcək.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken CBS telekanalına deyib.

"Bu, gözlədiyimiz və istədiyimiz proses deyil, lakin onlar bunu etməyə qərar versələr, biz hazır olacağıq", deyə Blinken bildirib.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru