Baltik dənizinin Rusiya gəmiləri üçün bağlanması beynəlxalq hüququ pozacaq – XİN

23-10-2023, 21:01           
Baltik dənizinin Rusiya gəmiləri üçün bağlanması beynəlxalq hüququ pozacaq – XİN
“Balticconnector” qaz kəməri ilə bağlı insident səbəbindən NATO Rusiya gəmilərinin Baltik dənizindən keçməsini qadağan edərsə, bu, beynəlxalq hüququn pozulması olacaq.
Teref.az Kommersant-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O qeyd edib ki, alyans “belə bir addımın nəticələrinin ciddiliyini” başa düşməlidir.
“Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır… Biz bilirik ki, bəzi siyasətçilər və NATO strateqləri Baltik dənizini NATO-nun daxili gölünə çevirmək arzusundadırlar. Amma bu heç vaxt olmayacaq”, – nazir müavini əminliyini ifadə edib.
Xatırladaq ki, oktyabrın 8-də Balticconnector operatorları qaz kəmərinin dəniz hissəsində təzyiqin düşməsini aşkar ediblər. Fin polisi sızma sahəsində “xarici izlər” tapıb. Latviya prezidenti Edqars Rinkeviçs NATO rəhbərliyini Moskvanın qaz kəmərinin zədələnməsində əli olduğuna dair sübutlar alınarsa, Baltik dənizini Rusiya gəmiləri üçün bağlamaq barədə düşünməyə çağırıb. Kreml Rusiya Federasiyasının hadisə ilə heç bir əlaqəsinin olmadığını iddia edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.