Nikol Paşinyan: Cənubi Qafqazda sülhə ehtiyac var

24-10-2023, 00:10           
Nikol Paşinyan: Cənubi Qafqazda sülhə ehtiyac var
“Cənubi Qafqazda sülhə ehtiyac var”.

Teref.az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” hesabında yazıb.

O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır: “İqtisadi, siyasi, mədəni əlaqələri və bütün məsələləri diplomatik və dialoq yolu ilə həll edə biləcəyimiz regiona ehtiyacımız var”.

N.Paşinyan sülh quruculuğunun bərpa olunmasının əsas siyasi öhdəlik olduğunu qeyd edib: “Xüsusilə, bildirmək istəyirəm ki, biz sülhlə bağlı ideyalarımızı heç bir şəkildə regionumuzun maraqlarına qarşı qoymuruq. Çünki region dinc olarsa, ölkəmiz də dinc ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru