Parij-İrəvan-Moskva xətti Kiyevi narahat etməlidir...

24-10-2023, 10:54           
Parij-İrəvan-Moskva xətti Kiyevi narahat etməlidir...
Ermənistanın müdafiə naziri Parisə səfərə gedib, məlumata görə Fransana ilə Ermənistan arasında silah anlaşması olacaq, miqdarı və çeşidi tam məlum olmasa da, rəsmi Parisin İrəvana silah satması bizi deyil də, Ukraynanı ciddi narahat etməli, rəsmi Kiyevin etirazına səbəb olmalıdır.
Ermənistan və Fransa istənilən müqavilə imzalaya bilərlər, özləri bilər, bizim də çox ölkə ilə müqavilələrimiz var – məsələ bu deyil, əsas problem Fransa kimi ölkənin, əvvəllər daim demokratiyanın, insan azadlıqlarının önündə gedən bir məmləkətin bu qədər ağılsız duruma düşməsidir. Ermənistanın Rusiyadan, əsas da hərbi sahədə asılılığı o qədər böyükdür ki, Ermənistan generalları hələ də Kremlin ağzına baxırlar. Çox böyük ehtimal Fransanın Ermənistana verdiyi-satdığı silahlar Rusiyanın əlinə keçəcək və Ukraynana qarşı istifadə olunacaq.
Ona görə də, rəsmi Kiyev bu məsələni diqqətdə saxlamalı, öz tərəfdaşları ilə müzakirə etməli və etirazını bildirməlidir. İmkan vermək olmaz ki, varolma, ayaqdaqalma mücadiləsi verən, öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşan Ukraynaya arxadan belə zərbə dəysin...
Natig Jafarli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.