Tehranda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub - FOTO

24-10-2023, 07:50           
Tehranda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub - FOTO
Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıq olub.

APA xəbər verir, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib.

Abdullahian bildirib ki, Tehranda "3+3" formatında keçirilən görüş çərçivəsində Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır.

O qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb.

Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.

“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan isə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir”, - nazir əlavə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.