ABŞ Cənubi Qafqazda sülhü təşviq edən səyləri alqışlayır

24-10-2023, 09:00           
ABŞ Cənubi Qafqazda sülhü təşviq edən səyləri alqışlayır
ABŞ Cənubi Qafqazda sülhü təşviq edən istənilən xoş niyyətli səyləri alqışlayır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bəyan edib.

O, bildirib ki, Vaşinqton üçün Ermənistan - Azərbaycan danışıqlarının harada aparılmasının prinsipial fərqi yoxdur.
“Ermənistan - Azərbaycan məsələsinə gəlincə, biz bu danışıqların harada keçirilməsindən və hansı ölkə tərəfindən aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə kömək edən istənilən xoş niyyətli səyi alqışlayırıq”, - deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.