“Moskva sülh sazişinin də təminatçısı olmaqla “sülhməramlı”lar üçün yeni funksiyalar əldə etməyə çalışır...” - ZİBİLƏ DÜŞMÜŞÜK...

25-10-2023, 08:39           
“Moskva sülh sazişinin də təminatçısı olmaqla “sülhməramlı”lar üçün yeni funksiyalar əldə etməyə çalışır...” - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Moskva sülh sazişinin də təminatçısı olmaqla “sülhməramlı”lar üçün yeni funksiyalar əldə etməyə çalışır...”
Avropaya inteqrasiya üzrə Azərbaycan milli ictimai komitəsinin üzvü Toğrul Cuvarlı hesab edir ki, sülhməramlıların özlərinə yeni vəzifələr müəyyən etməsi gözlənilən idi.

Teref.az moderator.az-a istinadla xəbər verir ki, o, bu haqda “Kavkazskiy uzel” nəşrinə açıqlamasında danışıb.
“ “Sülhməramlı”ların artıq öz funksiyalarını itirdiyi, eyni zamanda onların çıxarılmasıyla bağlı heç bir siyasi qərarın olmadığı bir şəraitdə onlar nəsə etməlidirlər. Axı, şəxsi heyətin heç nə etməməsi mümkün deyil, hansısa bir xidmət olmalıdır. O ki qaldı yollarda “təhlükəsizliyin təmin olunmasına” , bu, təbii ki, onların regionda “görünən” olması ilə bağlıdır”, - deyə T.Cuvarlı bildirib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında münaqişənin həllində vasitəçiliyi qoruyub saxlamağa, sonra isə, şübhəsiz ki, sülh sazişinin təminatçısı olmağa çalışır və o zaman “sülhməramlı”ların yeni funksiyaları ola bilər, əgər təbii ki, Bakı və İrəvan onlara mandat versə...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.