Putin üç dinin liderləri ilə bir araya gəldi, təhlükəli planlardan söz açdı:

26-10-2023, 10:14           
Putin üç dinin liderləri ilə bir araya gəldi, təhlükəli planlardan söz açdı:
Rusiya prezidenti Vladimir Putin Kreml sarayında Rusiyada yaşayan müsəlman, xristian və yəhudilərin dini liderləri ilə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş zamanı Putin İsrail-HƏMAS müharibəsinə və digər münaqişə ocaqlaırndan söz açıb:

"Mən sizlərlə Yaxın Şərqdə və dünyanın digər yerlərində baş verən hadisələrdən danışmaq istədim, amma əvvəlcə Yaxın Şərqdə baş verənlərdən danışacağam, çünki bizi narahat edir. Xristianlar, müsəlmanlar və yəhudilər üçün müqəddəs əhəmiyyət kəsb edən müqəddəs torpaqda baş verən faciəvi vəziyyəti hamımız narahatlıq və ürəyimizdə ağrı ilə izləyirik. Fələstin-İsrail münaqişəsi nəticəsində artıq minlərlə insan həlak olub".

Hücumlarda həyatını itirənlərin yaxınlarına başsağlığı verən Putinin sözlərinə görə, başqalarının törətdiyi cinayətlərə görə günahsız insanlar məsuliyyət daşımamalıdır: "Qocaların, qadınların, uşaqların, bütöv ailələrin qətlə yetirildiyi, yüz minlərlə insanın sığınacaqdan, yeməkdən, sudan, işıqdan, tibbi yardımdan məhrum edildiyi kollektiv məsuliyyət prinsipi ilə terrorizmlə mübarizə aparıla bilməz. Bu, tam humanitar fəlakətdir".

“Sülhün açarı iki müstəqil və suveren dövlətin – Fələstin və İsrailin yaradılmasıdır”.

Rusiyanın suveren Fələstin dövlətinin qurulması üçün illərdir eyni mövqeyi saxladığını vurğulayan Putin deyib ki, Rusiyanın Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi məlumdur və bu, dəfələrlə ifadə olunub: "Bu mövqeyin indiki vəziyyətlə bağlı konyuktur xarakteri yoxdur. Fələstin və İsrail olmaq üzrə ii dövlətin mövcudluğu Yaxın Şərqdə uzunmüddətli, fundamental həllin və sülhün açarıdır. Bu, 1948-ci ildən bəri əvvəlcə Sovet İttifaqının, sonra isə Rusiyanın ənənəvi mövqeyidir. Bugünkü əsas vəzifəmiz qan tökülməsini və zorakılığı dayandırmaqdır. Əks halda böhranın daha da genişlənməsi ən ağır və son dərəcə təhlükəli, sarsıdıcı nəticələrə gətirib çıxaracaq. Və təkcə Yaxın Şərq regionu üçün deyil, çox-çox kənara yayıla bilər".

“Onlar "böl və hökm et" prinsipi ilə hərəkət edirlər”

Dünyadakı, xüsusilə də Yaxın Şərqdəki gərginlikdən Qərb ölkələrini məsul tutan Putin qeyd edib ki, şiələr sünnilərlə, pravoslav xristianlar katoliklərlə üz-üzədir: "Avropada müsəlmanların ibadət ocaqlarına qarşı küfr və vandalizmə göz yumulur. Mənə görə bütün hərəkətlərin məqsədi aydındır. Dünyada qeyri-sabitliyin artması, mədəniyyətlərin, xalqların, dünya dinlərinin parçalanması, sivilizasiyaların toqquşmasına səbəb olur. "Böl və idarə et" prinsipi ilə hərəkət edirlər. Qərb çoxqütblü dünya nizamının formalaşması arzusunu görür. Müstəqil, suveren ölkələrin inkişafına mane olmaq və dünya əksəriyyətini parçalamaq üçün islamafobiya, antisemitizm və rusofobiya da daxil olmaqla eyni vasitələrdən istifadə edirlər. Zorakılıq və nifrət epidemiyasının təkcə Yaxın Şərqə deyil, digər bölgələrə də yayılması, keçmiş qaynar nöqtələrin kəskinləşməsi təbii ki, bu cür siyasət yürüdən və ya saxlamağa çalışan bu qüvvələrin marağındadır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.