Bayden: İran ABŞ hərbçilərinə hücum edərsə cavab veriləcək

26-10-2023, 11:14           
Bayden: İran ABŞ hərbçilərinə hücum edərsə cavab veriləcək
ABŞ Prezidenti Co Bayden İranın Yaxın Şərqdəki Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə onlara cavab veriləcəyini açıqlayıb.

Bu barədə Baydenın İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə məktubunda bildirilib.

ABŞ lideri xəbərdarlıq edib ki, rəsmi Tehran ABŞ ordusuna qarşı reaksiya davam edərsə, Vaşinqton cavab verəcək.

Bayden vurğulayıb ki, ABŞ ordusu Yaxın Şərq regionunda İsrail və Fələstin arasında gərginləşən münaqişəyə görə deyil, terrorçu qruplarla mübarizə üçün orada yerləşdirilib.

Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei yəhudi dövlətinin Qəzza zolağına hücumları fonunda Qərb liderlərinin İsrailə səfərlərini tənqid edib. Onun sözlərinə görə, ABŞ İsrailin bölgədə fələstinlilərə qarşı cinayətlərində müəyyən ortaqlıq daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru