Volodimir Zelenski: Biz nəinki özümüzü müdafiə edəcəyik, həm də cavab verəcəyik

27-10-2023, 10:34           
Volodimir Zelenski: Biz nəinki özümüzü müdafiə edəcəyik, həm də cavab verəcəyik
Ukrayna Rusiyanın onun enerji infrastrukturu obyektlərinə hava zərbələri endirəcəyini və buna hazırlaşdığını deyib. Prezident Volodimir Zelenski bunu oktyabrın 25-də gündəlik iclasda bəyan edib.

"Biz enerji infrastrukturuna qarşı həyata keçiriləcək terror hücumlarına hazırlaşırıq. Bu il biz nəinki özümüzü müdafiə edəcəyik, həm də onlara cavab verəcəyik. Düşmən bunu yaxşı bilir. Əvvəlcə donanmanı Krımdan çıxardı, indi isə təyyarələrini sərhədlərimizdən daha uzağa aparır" - deyə, o, Telegram kanalında qeyd edib.

Volodimir Zelenski vurğulayıb ki, düşmən gücü çatdığı hər şeyi məhv etməyə çalışır.

Xerson və Xarkov vilayətlərində şəhər infrastrukturuna son hücumların nəticələri barədə danışan Zelenski "Berislav, Borova... Biz atəşin nəticələrini aradan qaldırır, insanlara yardım edirik" deyib.

Oktyabrın 20-də Ukrayna radiosuna müsahibə verən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Baş katibi Aleksey Danilov deyib ki, ölkənin enerji sistemi ötən illə müqayisədə raket hücumlarından daha yaxşı qorunur.

Qazın kəsilməsi təhlükəsinin qarşısını almaq üçün "Naftoqaz" Milli Təhlükəsizlik Komitəsi kompleks mühafizə sistemini hazırlayıb.

Bu barədə RBC-Ukrayna oktyabrın 24-də Ukraynanın "Naftoqaz" Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Aleksey Çernışovun bəyanatına istinadən məlumat yayıb.

"Biz hamımız başa düşürük ki, genişmiqyaslı müharibə gedir və düşmən ukraynalıları əsas xidmətlərdən məhrum etməyə çalışacaq" - deyə, o bildirib.

Aleksey Çernışov "Naftoqaz" Milli Təhlükəsizlik Komitəsinin müxtəlif ssenarilərə hazırlaşdığını deyib.

"Obyektlərimizin hərtərəfli və əsaslı müdafiə üçün hazırlıq başa çatıb. Ona görə də biz müxtəlif vəziyyətlər üçün hazırıq" şirkət rəhbəri bildirib.

ABŞ Ukrayna enerjisinin bərpası və qorunması üçün 522 milyon dollar ayırıb.

Konqresin Rəyasət Heyətinin iclasında iştirak edən ABŞ-ın Ukrayna İqtisadiyyatının Bərpası üzrə xüsusi nümayəndəsi ABŞ-dan Ukrayna regionlarına davamlı dəstəyin göstəriləcəyinə əmin edib.

"Ölkənizin iqtisadiyyatı regionlarda inkişaf edir. Bu da öz nəticəsini verir. Bu gün mən sizin Ukraynanın necə inkişaf edə biləcəyi və biz, xüsusən də dünya ictimaiyyəti, özəl sektor layihələrinizi həyata keçirməkdə sizə necə yardım edə biləcəyimiz barədə fikirlərinizi eşitmək istəyirik" - deyə, Penni Pritzker bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.