Ailəsi həbsdə olan iranlı fəal Fatimə Sepehrinin yenidən xəstəxanaya aparıldığını deyir

27-10-2023, 11:04           
Ailəsi həbsdə olan iranlı fəal Fatimə Sepehrinin yenidən xəstəxanaya aparıldığını deyir
İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyini açıq tənqid edən fəal Fatimə Sepehri yenidən şimal-şərqdəki Məşhəd şəhərinin Qayem xəstəxanasının "reanimasiya" şöbəsinə yerləşdirilib.

İnstaqram-da yayımlanan videoda həbsdə olan dissidentin anası qızının xəstəxanada vəziyyətinin bundan əvvəl ürəyində keçirdiyi əməliyyatdan sonra vəziyyətinin "daha da pisləşdiyini", "başı, sinəsi, əlləri, ayaqları və kürəyində ağrılar hiss etdiyini" bildirib.

Fatimənin anası həbsxanaya son səfərləri zamanı qızının fiziki vəziyyətinin "çox pis", o dərəcədə ki, ayağa qalxmaq üçün "məhkum yoldaşlarının köməyinə" ehtiyacı olduğunu deyib.

Sepehri ürəyindəki problemlərə görə bu ay bir neçə dəfə xəstəxanaya aparılıb.

Sağlamlıq probleminə görə həbsxanadan çıxarılaraq, məzuniyyətə göndərilən Sepehri bu həftənin əvvəlində yaşadığı evdə həbs edilib və yenidən həbsxanaya aparılıb.

Sepehrinin yenidən həbsindən əvvəl qardaşı deyib ki, İslam İnqilab Məhkəməsinin rəsmiləri ona tibbi məzuniyyətinin başa çatdığını və İslam Respublikası əleyhinə təbliğat fəaliyyətinə görə, 18 illik cəzasını çəkməyə davam etmək üçün həbsxanaya qayıtmalı olduğunu bildiriblər. Ona qarşı düşmən hökumətlərlə əməkdaşlıq, mərhum Ayətulla Ruhulla Xomeyni və Ayətulla Əli Xameneyini təhqir, milli təhlükəsizliyə qarşı sui-qəsd ittihamları irəli sürülüb.

Onun iki qardaşı Məhəmməd Hüseyn və Həsən Sepehrilər sentyabrın 28-də, Fatimə Sipehrinin ürək angioqrafiyası əməliyyatı keçirdiyi vaxt təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.