HƏMAS girovları qaytarmaq üçün şərtini açıqladı

28-10-2023, 00:01           
HƏMAS girovları qaytarmaq üçün şərtini açıqladı
Fələstinin HƏMAS hərəkatı atəşkəs əldə olunmayana qədər girovları azad edə bilməz.
Bakupost.az xəbər verir ki, bu barədə “Kommersant”a HƏMAS nümayəndə heyətinin Moskvadakı nümayəndəsi Əbu Həmid məlumat verib.
Onun sözlərinə görə, HƏMAS müharibənin ilk günlərindən “mülki məhbusları” azad etmək niyyətində olduğunu bəyan edib, lakin oktyabrın 7-də Qəzza zolağında olan hər kəsi tapmaq üçün vaxt lazımdır:
“1948-ci ildə işğal olunmuş ərazilərə Fələstinin müxtəlif qruplaşmalarından olan yüzlərlə vətəndaş və onlarla yaraqlı daxil olub. Onlar İsrailin "Qəzza" diviziyasının süqutundan sonra əksəriyyəti mülki şəxslər olmaqla onlarla insanı əsir götürüblər. Həmin əsirləri Qəzzada tapmaq üçün vaxt lazımdır. Onları tapdıqdan sonra azad edə bilərik".
Əbu Həmid vurğulayıb ki, bu işi başa çatdırmaq üçün vəziyyət sabitləşməlidir:
"İsrailin Qəzzanı bombalaması nəticəsində indiyədək 50 məhbus ölüb".
Əbu Həmid həmçinin bildirib ki, HƏMAS nümayəndə heyəti Moskvaya səfəri zamanı “rus dostlarına 7 oktyabr hücumunun səbəblərini əks etdirən faktları təqdim edib.
“Rusiya Federasiyası Fələstin xalqı üçün dost ölkədir. Biz onunla müxtəlif məsələlərdə məsləhətləşməyə həmişə hazırıq”, - deyə o əlavə edib.
Oktyabrın 26-da HƏMAS-ın nümayəndə heyəti Moskvaya səfər edib. İsrail səfəri “utancverici addım” adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.