Slovakiya Ukraynaya silah göndərilməsinin əleyhinədir

28-10-2023, 07:20           
Slovakiya Ukraynaya silah göndərilməsinin əleyhinədir
“Slovakiya Ukraynaya humanitar yardım göndərməyə davam etməyə hazırdır, lakin silah göndərilməsinin əleyhinədir”.

Bu barədə ölkənin yeni Baş naziri Robert Fiko Avropa İttifaqının (Aİ) sammitindən sonra jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, Bratislava Aİ büdcəsinə yalnız Kiyevin humanitar ehtiyacları üçün töhfəsini artırmağa hazır olacaq. Fiko əlavə edib ki, Ukrayna tərəfi bu vəsaitlərin israf olunmayacağına zəmanət verməlidir.
“RİA Novosti”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.