İsrail-Həmas müharibəsi: BMT Qəzzadakı sığınacaqları sağlamlığa riskli sayır

28-10-2023, 09:04           
İsrail-Həmas müharibəsi: BMT Qəzzadakı sığınacaqları sağlamlığa riskli sayır
Cümə günü BMT-nin yardım agentliyi elan edib ki, "Qəzzada həddən artıq izdihamlı sığınacaqlar sağlamlıq üçün riskdir".

Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bildirib ki, hazırda təxminən 629 min qaçqın BMT-nin Qəzza zolağı boyunca 150 düşərgəyə sığınıb.

Qurum deyib ki, bununla sığınacaqlarda nəzərdə tutulan saydan təxminən üç qat çox əhali məskunlaşıb.

"Mövcud sıxlıq şəraiti narahatlıq doğurur və sağlamlıq və qorunma barəsəd risk yaradır", - qurumun son hesabatında deyilir.
Məlumata görə, Fələstinin Qəzza zolağındakı üç məktəb yaxınlığında olan hava hücumları nəticəsində zərər görüb. Bir nəfər ölüb, daha 15 nəfər yaralanıb.

UNRWA-nın daha bir əməkdaşı da həlak olub və münaqişə başlayandan bəri onların əməkdaşlarından ölənlərin sayı 39-a çatıb.

Agentlik bildirib ki, Həmasın hücumundan sonra İsraildə yaşayan 5000-dən çox qəzzalı o vaxtdan İordan çayının qərb sahilinə köçürülüb və onlar da ərzaq təhlükəsizlik, sığınacaq və pul yardımı ehtiyacları ilə üzləşiblər.
Avropa İttifaqı liderləri Qəzzaya yardıma icazə vermək üçün İsrail və Həmas arasında döyüşlərdə "fasilələrə" çağırıblar.

BMT-nin yardım agentlikləri, yanacaq ehtiyatları demək olar ki, tükəndiyindən Qəzzada gördükləri işləri əhəmiyyətli dərəcədə azaltdıqlarını bildirirlər.

Həmas bildirib ki, İsrailin bombardımanı nəticəsində oktyabrın yeddisindən bəri İsraildən gətirilib Qəzzada saxlanılan 50-yə yaxın girov öldürülüb.

Həmasın İsrailə oktyabrın yeddisində gözlənilməz hücumu zamanı 1400-dən çox adam həlak olub və İsrail Qəzzada 220-dən çox adamın hələ də girovluqda olduğunu bildirir.

Həmasın nəzarəti altında olan ərazilərdəki səhiyyə nazirliyi bildirib ki, İsrailin Qəzzaya aviazərbələri başlayandan bəri 7000 nəfər ölüb.

İsrail-Fələstin münaqişəsi sonuncu dəfə oktyabrın yeddisində Həmasın İsrailə hücumu ilə alovlanıb və sonra İsrail Qəzzanı bombalamağa başlayıb, qurudan hücuma hazırlaşmaq üçün sərhədə qoşun toplayıb.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.