Azərbaycan, Gürcüstan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşünün mövzusu açıqlanıb

28-10-2023, 09:44           
Azərbaycan, Gürcüstan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşünün mövzusu açıqlanıb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşünün müzakirə mövzusunu açıqlayıb.

Hökumət başçısı “Facebook” paylaşımında həmkarları ilə görüş zamanı hər üç ölkənin marağına cavab verən irimiqyaslı regional layihələri müzakirə etdiyini bildirib.

“Tbilisi İpək Yolu Forumu çərçivəsində Ermənistan və Azərbaycanın baş nazirlərini qonaq etmək imkanına görə çox şadam, belə ki, biz birlikdə Cənubi Qafqazın gələcəyi, həyata keçirilməsi hamımızın ortaq marağına cavab verən irimiqyaslı regional layihələr barəsində danışa bildik. Biz BMT tribunasında bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin xeyrinə regionda sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə hazırıq”, - Qaribaşvili bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru