İsrail Xarici İşlər Nazirliyi husilərin Misirə hücumu ilə bağlı bəyanat verdi

28-10-2023, 08:36           
İsrail Xarici İşlər Nazirliyi husilərin Misirə hücumu ilə bağlı bəyanat verdi
Yəmən üsyançılarının “Ənsar Allah” hərəkatı (husilər) Misirə raket və pilotsuz təyyarələrdən zərbələr endirib.

Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat verib və bu hərəkətləri qınayıb.

“İsrail husi terror təşkilatının İsrailə zərər vermək məqsədilə atdığı raketlər və pilotsuz təyyarələrin Misir təhlükəsizlik qüvvələrinə vurduğu ziyanı qınayır” , - nazirliyin deyə bəyanatında bildirilib.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, husilər Tehrandakı ayətullahların terrorçu rejiminin agentləridir və bu rejim həmçinin “Hizbullah”, “İslami Cihad” və HƏMAS terror təşkilatlarına da nəzarət edir.
Qeyd edək ki, daha əvvəl Qırmızı dəniz sahilində, İsraillə sərhəddən təxminən 60 km aralıda yerləşən Misirin Nuveyba şəhərində naməlum mərmi düşüb. Öz növbəsində Misir Silahlı Qüvvələrinin nümayəndəsi Qarib Abdel Hafez İsraillə sərhəd yaxınlığında yerləşən Taba yaşayış məntəqəsinə naməlum pilotsuz təyyarənin düşdüyünü bildirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru