Netanyahu İsrail əsgərlərinin Qəzzaya daxil olmasının səbəbini açıqladı

29-10-2023, 08:33           
Netanyahu İsrail əsgərlərinin Qəzzaya daxil olmasının səbəbini açıqladı
İsrail əsgərləri HƏMAS-ı məhv etmək məqsədi ilə Qəzza zolağına daxil olub”.

Bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı deyib.

“İsrail hərbçiləri HƏMAS-ı məhv etmək və 7 oktyabrda hücum zamanı əsir götürülən girovları azad etmək məqsədi ilə Qəzza zolağına daxil olub. Dünən gecə quru qoşunlarımız Qəzzanın qapılarından keçərək əraziyə girdilər. Bu, aydın şəkildə müəyyən edilmiş məqsədləri olan müharibədir. Məqsədimiz HƏMAS-ın gücünü məhv etmək və girovları qaytarmaqdır”, – deyə Netanyahu qeyd edib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru