Sallivan: “İsrailin terrorçularla mülki şəxsləri ayırd etmək kimi məsuliyyəti var”

30-10-2023, 09:34           
Sallivan: “İsrailin terrorçularla mülki şəxsləri ayırd etmək kimi məsuliyyəti var”
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ABŞ-ın İsrailin Qəzzada hərbi əməliyyatlar zamanı fələstinli mülki vətəndaşlar və Həmas militantlarını bir-birindən ayırmaq üçün mümkün olan hər cür tədbiri görməli olduğunu düşündüyünü bildirib.

Ceyk Sullivan bazar günü verdiyi müsahibələrdə oktyabrın 7-də HƏMAS militant qrupunun İsrailə hücumundan sonra İsrailin Qəzzanı bombalaması ilə bağlı artan qəzəb fonunda Vaşinqtonun İsraillə “açıq, birbaşa” danışıqlar apardığını təsdiqləyib.

“Biz fələstinli, israilli və ya başqa günahsız insanların öldürülməsini qəbul etmirik”, Sullivan vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada quru əməliyyatlarının genişləndirilməsi və HƏMAS-ın hədəflərinə kütləvi hava zərbələri endirilməsi ilə xarakterizə olunan üç həftəlik müharibənin ikinci mərhələsinin başladığını elan edib.

Sallivan CBS telekanalına müsahibəsində deyib ki, Vaşinqton və Təl-Əviv çətin məsələləri - humanitar yardım, terrorçularla günahsız mülki şəxsləri ayırd etməyin zərurəti və İsrailin hərbi əməliyyatını necə planlaşdırdığını müzakirə edir.

“Biz açıq, birbaşa danışırıq, fikirlərimizi gizlətmədən bölüşürük və bunu etməyə davam edəcəyik”, Sullivan bildirib.

“Biz açıq şəkildə bəyan edirik ki, Birləşmiş Ştatlar öz təkliflərini və prinsiplərini, o cümlədən günahsız insanların həyatının dəyəri olduğunu tamamilə aydın şəkildə bildirməyə hazırdır. Bundan sonra biz İsrailə özəl məsləhətlər verməyə davam edəcəyik”, o əlavə edib.

İsrailin İranın dəstəklədiyi HƏMAS militantlarına qarşı başladığı hərbi kampaniyası 2,3 milyon əhalisi olan Qəzza zolağında tibb rəsmilərinin bildirdiyinə görə, 3324-ü azyaşlı olmaqla 8005 fələstinlinin ölümülə nəticələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru