HƏMAS-ı məhv etmək asan deyil, illər lazımdır - MOSSAD

30-10-2023, 10:26           
HƏMAS-ı məhv etmək asan deyil, illər lazımdır - MOSSAD
HƏMAS qruplaşmasının məhv edilməsi üçün İsrailə bir neçə il lazımdır.

Axar.az xəbər verir ki, bunu MOSSAD-ın keçmiş rəhbəri Zoar Palti deyib.

"İsrail HƏMAS-a qarşı müharibəyə vaxt məhdudiyyəti qoymayacaq, çünki o, 7 oktyabrdakı kimi hücumların bir daha təkrarlanmayacağına dair təminat istəyir. İkinci İntifada üç-dörd il davam etdi. Bənzər bir şeyin indi baş verməsinə hazır olmalıyıq", - o bildirib.

Paltinin sözlərinə görə, İsrail ordusunun Qəzza zolağındakı hazırkı əməliyyatı ilk deyil və sonuncu da olmayacaq:

"Hava hücumları və quru basqınları daha böyük əməliyyatla izləniləcək, lakin bu belə müharibəni bitirməyəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru