Rusiya Ermənistandakı bazasına “hücumun” qarşısını aldı

30-10-2023, 09:28           
Rusiya Ermənistandakı bazasına “hücumun” qarşısını aldı
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının antiterror qrupunun əsgərləri Gümrü qarnizonu ərazisində təlim keçiriblər.

Axar.az xəbər verir ki, təlim zamanı şərti düşmənin hücumu dəf edilib.

Təlim planına əsasən, şərti dəstədən ibarət qrup qarnizonun ərazisinə soxulmağa cəhd göstərib. Hərbi qulluqçular döyüş maşınından açılan atəşin dəstəyi ilə şərti düşmənin təxribat-kəşfiyyat qrupunu zərərsizləşdirib, nəqliyyat vasitələrində və ətraf ərazilərdə partlayıcı qurğuların olub-olmamasını da yoxlayıblar.

Döyüş vəziyyəti yaratmaq üçün müxtəlif simulyasiya vasitələrindən, o cümlədən boş döyüş sursatı, tüstü və səs-küylü qumbaraatanlardan istifadə edilib.

Qeyd edək ki, Ermənistanın qərbyönlü siyasəti və Rusiya hərbçilərinin Ermənistanda mövcudluğunun üstünlük gətirmədiyi barədə Baş nazir Nikol Paşinyanın açıqlaması fonunda 102-ci hərbi bazanın “hücuma qarşı təlimlər”i diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru