Ukrayna və İsrailə yardım: Yeni spiker danışdı

30-10-2023, 11:24           
Ukrayna və İsrailə yardım:
ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni seçilmiş spikeri Mayk Conson bildirib ki, Ukrayna və İsrailə yardımın maliyyələşdirilməsi müxtəlif qanun layihələrində nəzərdən keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukraina Fox News-a istinadən məlumat yayıb.

"Biz İsraili maliyyələşdirmək üçün ayrıca qanun layihəsini nəzərdən keçirəcəyik. Bu, aktual və təcili ehtiyacdır", - spiker deyib.

O, həmçinin əlavə edib ki, İsraildəki hadisələr "təcili diqqət tələb edir”, ona görə də bu məsələyə ayrıca baxılmalıdır.

"İnanıram ki, bunun üçün ikipartiyalı dəstək olacaq və mən bunun üçün çox çalışacağam", - Conson bildirib.

Xatırladaq ki, oktyabrın 25-də ABŞ Konqresinin Nümayəndələr Palatası Kevin Makkartinin istefasından sonra özünün yeni spikerini seçib. Keçmiş prezident Donald Trampın müttəfiqi, daha əvvəl Ukraynaya 40 milyard dollarlıq yardım paketinin əleyhinə səs verən respublikaçı Mayk Conson ABŞ Konqresinin aşağı palatasının spikeri olub.

Hazırda Conson artıq ABŞ Nümayəndələr Palatasının yeni spikeri kimi Ukraynaya yardımın ayrılması ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb, lakin "müəyyən şərtlər daxilində”. Söhbət, xüsusilə, hesabatlılıq istəyindən gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.