Avropa Komissiyası Zəngəzurdan olan erməni uşaqlarının inkişafına 10 milyon ayırdı

31-10-2023, 08:08           
Avropa Komissiyası Zəngəzurdan olan erməni uşaqlarının inkişafına 10 milyon ayırdı
Zəngəzur dəhlizi məsələsi gündəmə gələndən sonra Ermənistan hökuməti və havadarları bu regiona daha çox diqqət yetirirlər.
Baxıram ki, indi də Avropa Komissiyası Sünik(Zəngəzur) vilayətində iki "Ağıllı Mərkəz" yaradacaq.
Erməni uşaqları üçün nəzərdə tutulan bu "Ağıllı Mərkəz"lərin formalaşması üçün Avropa Komissiyası Avropa İnvestisiya Bankı vasitəsilə
10 milyon avro qrant ayırıb. Artıq müqavilə də imzalanıb.
Qafan və Gorusda yaradılacaq bu "Ağıllı Mərkəz"lərdə 6 min erməni uşağı ingilis dili, mühəndislik və s. istiqamətlər üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Layihəni "Ermənistan Uşaqları" Fondu beynəlxalq ekspertlərin dəstəyi ilə icra edəcək.
Xatırladıram ki, son zamanlar məhz bu regiona Ermənistan hökuməti, erməni diasporası və beynəlxalq fondlar böyük resurslar ayırırlar.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru