İsrail və Fələstin arasında münaqişənin qlobal iqtisadiyyata təsiri açıqlanıb

31-10-2023, 08:53           
İsrail və Fələstin arasında münaqişənin qlobal iqtisadiyyata təsiri açıqlanıb
İsrail və Fələstinin arasında Yaxın Şərqdə hərbi münaqişə kəskinləşərsə, qlobal iqtisadiyyat maliyyə çətinliyi ilə üzləşə bilər.

“Report” xəbər verir ki, bunu “Allianz” şirkətinin baş iqtisadi müşaviri Mohamed əl-Erian deyib.

Onun sözlərinə görə, regionda eskalasiya başlayandan bəri bu cür risklər artıb, münaqişə nə qədər uzun davam etsə, qlobal iqtisadiyyata mənfi təsir bir o qədər çox olacaq.

Belə ki, ən pis ssenaridə qlobal ÜDM artımının azalması sürətlənəcək və inflyasiya yüksələcək.

O əlavə edib ki, Yaxın Şərqdə geosiyasi gərginlik yaranarsa, qlobal iqtisadiyyat bazarları daha geniş şəkildə parçalanması riski ilə üzləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru