Ruslar onları da orduya cəlb edir: imtina etsələr...

31-10-2023, 10:46           
Ruslar onları da orduya cəlb edir:
Ruslar Ukraynanın şərqində işğal olunmuş ərazilərdən məhbusları orduya cəlb etməyə çalışırlar.

Axar.az xəbər verir ki, Ukraynanın Milli Müqavimət Mərkəzinin mənbələrdən əldə etdiyi məlumata görə, söhbət hələ saxta “respublika”lar yaranmamışdan əvvəl məhkum olunmuş məhbuslardan gedir.

Qeyd olunur ki, Donetsk və Luqansk vilayətlərinin "administrasiya"sı yerli əməkdaşlara Ukrayna qanunlarına əsasən məhkum edilmiş və 2014-cü ildən və ya daha əvvəl cəza çəkən məhbusların siyahısını təqdim etməyi tapşırıb:

"Düşmən artıq bu məhbusları Ukraynanın hüquq-mühafizə orqanlarına qarşı inciklik hissləri ilə manipulyasiya edərək Rusiya qüvvələrinin sıralarına cəlb etməyə başlayıb. Onlar xidmətdən imtina etsələr, həbsxana rəhbərliyi tərəfindən daha pis rəftarla hədələnirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru