Azərbaycan etməyib, Köçəryan və ətrafı törədib - Baqdasaryandan ŞOK ETİRAF

31-10-2023, 11:07           
Azərbaycan etməyib, Köçəryan və ətrafı törədib -
Ermənistan parlamentində güllələnmə aktı Rusiya və Qarabağ erməniləri tərəfindən həyata keçirilib. Bunun təşkil edilməsində məqsəd isə Ermənistanda irəvanlıları deyil, Qarabağ ermənilərini hakimiyyətə gətirmək olub.

Teref.az Ölkə.Az-a istinadla xəbər verir ki, bunu erməni bloger Roman Baqdasaryan deyib.

Bloger Seyran Ohanyanı təhqir edərək onun yalan danışdığını söyləyib:

"Belə bir ... (söyür) var, deyir ki, hadisəni Azərbaycan və Türkiyə törədib. İnsan həyatı boyu şərəfsizliklə (daha ağır sözlər söyləyir) məşğul olursa, hər addımda yalan danışır. Bunu həyata keçirən Rusiya, Qarabağ klanı və "Daşnaksütyun" partiyası olub. Ən əsası hadisəni Rusiyanın xüsusi orqanları satqınlarla birgə təşkil edib. Gəlin unutmayaq ki, parlamentdəki güllələnməyə qədər Robert Köçəryan və onun əlaltıları (yenə söyür) Ermənistanın Daxili İşlər Nazirliyinin və ordunun generallarını öldürərək "təmizləmə" aparıb. Onların əvəzinə isə Qarabağ ermənilərini gətirib", - Badasaryan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru