Yəhudilər İsrailə qarşı aksiyaya məcbur edilir

31-10-2023, 18:00           
Yəhudilər İsrailə qarşı aksiyaya məcbur edilir
İran hökuməti bu ölkədə yaşayan azsayda yəhudini məcburi şəkildə İsrailə qarşı keçirilən aksiyalara cəlb edir.

Axar.az xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.

Bildirilib ki, Kirmanşah, Tehran, İsfahan, Şiraz və Həmədan şəhərlərində yaşayan az sayda yəhudiyə təzyiq göstərilir, onlar aksiyalar keçirməyə məcbur edilir.

Məlumatda qeyd edilib ki, onlar iş yerlərinin bağlanacağı və barələrində “İsrail ilə əlbir olmaq” ittihamlarının irəli sürüləcəyi ilə təhdid ediliblər.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin əksəriyyəti ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan 20-25 min civarında yəhudinin bir qismi kimliyini gizlətməyə məcbur olub, digər qismi isə davamlı təzyiq və ayrı-seçkilklə üzləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru