Kremldən Türkiyənin təklifinə: Çox çətindir!

31-10-2023, 17:45           
Kremldən Türkiyənin təklifinə: Çox çətindir!
BMT səmərəsiz olmasına baxmayaraq, yeganə beynəlxalq mexanizm olaraq qalır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin BMT-yə alternativ yaratmaq təklifini şərh edərkən deyib.

“Hesab edirik ki, BMT sistemi gündəlikdəki həyati məsələlərdə səmərəsiz olmasına baxmayaraq, yeganə və mübahisəsiz beynəlxalq mexanizm olaraq qalır”, - o bildirib.

Kreml nümayəndəsi əlavə edib ki, bu təşkilata alternativ yaratmaq çox çətindir, çünki bu, beynəlxalq konsensus tələb edir: “Türkiyənin belə bir mexanizm yarada biləcəyini zaman göstərəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru