FTB direktoru: İran ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdləri planlaşdırıb

1-11-2023, 00:16           
FTB direktoru:
İddialara görə, İran hakimiyyəti iranlı dissidentlərə, həmçinin keçmiş və indiki yüksək rütbəli ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdləri planlaşdırıb.

Bunu ABŞ Konqresinin Senatında keçirilən dinləmələrdə çıxış edən ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey deyib.

O bildirib ki, İranın "əsas strateji tərəfdaşı" olan "Hizbullah"ın cəsusluq və pul axtarışı da daxil olmaqla, ABŞ daxilindəki fəaliyyətinin uzun tarixi var.

Bu baxımdan Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini nəzərə alaraq, FTB direktoru bildirib ki, rəhbərlik etdiyi qurum hadisələri diqqətlə izləyir və bunun İran da daxil olmaqla, xarici aktorların ABŞ daxilindəki hərəkətlərinə necə təsir göstərə biləcəyini təhlil edir.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru