“Bayden HƏMAS-a qarşı mübarizədə mövqeyini dəyişib” - “The New York Times”

1-11-2023, 09:44           
“Bayden HƏMAS-a qarşı mübarizədə mövqeyini dəyişib” -
“ABŞ Prezidenti Co Bayden və onun administrasiyası artıq Fələstin-İsrail münaqişəsi və HƏMAS-a qarşı mübarizə ilə bağlı mövqeyini dəyişib. İndi o, Qəzza zolağında humanitar böhranın tezliklə həllinin tərəfdarıdır və İsraili mümkün mülki itkilərə qarşı xəbərdar edir”.

Bu barədə “The New York Times” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Prezident Co Bayden və onun köməkçiləri hələ də ümid edirlər ki, İsrail və HƏMAS arasında yeni müharibə nəhayət Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin normallaşmasına dair danışıqların yenilənməsinə yol verə bilər. Hətta müstəqil Fələstinin yaradılmasına dair qərarlarla bağlı danışıqlara qayıtmaq üçün müəyyən təsir imkanları təklif edə bilər”, - deyə materialda bildirilir.
Qeyd olunur ki, Co Bayden əvvəllər HƏMAS-a qarşı mübarizədə İsrailə hərtərəfli dəstək verib, o cümlədən bu ölkənin hərbi sursatla təmin edilməsinə razı olub. Lakin Qəzzada humanitar böhranın genişlənməsi və ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri ilə münasibətlərin pisləşmə riski rəsmi Vaşinqtonu öz mövqeyini dəyişməyə məcbur edib. Ağ Evin Qəzza zolağının təmizlənməsi üçün İsrail ordusunun quru əməliyyatını təxirə salmaq və ya ləğv etmək cəhdləri də elə bununla bağlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.