İran BMT-ni İsraili dayandırmağa çağırıb

1-11-2023, 10:34           
İran BMT-ni İsraili dayandırmağa çağırıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani İsrailin Qəzzada Cibaliyə qaçqın düşərgəsinə hücumu ilə bağlı yazılı açıqlama verib.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, o, beynəlxalq ictimaiyyəti, xüsusilə də Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailin qarşısını almaqda öz öhdəliklərini dərhal yerinə yetirməyə çağırıb.

Kenani, İsrailin qaçqın düşərgəsinə hücumu ilə uzun müharibə cinayətləri siyahısına daha bir ləkə əlavə etdiyini bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi, İsrail qüvvələrinin Cibaliye Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda ilkin təsbitlərə görə 100 nəfərin öldüyünü açıqlayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru