Boliviya İsraillə diplomatik əlaqələri dayandırdı

1-11-2023, 11:08           
Boliviya İsraillə diplomatik əlaqələri dayandırdı
Boliviya İsraillə diplomatik əlaqələri dayandırıb. Buna səbəb Qəzza zolağında baş verən hadisələr olub.

Bu barədə çərşənbə axşamı Cənubi Amerika dövlətinin xarici işlər nazirinin müavini Freddi Mamani bildirib.

Qeyd edək ki, 2009-cu ildə də Boliviya İsrailin Fələstin anklavındakı hərəkətlərinə görə bu ölkə ilə diplomatik əlaqələri kəsmişdi. Bu əlaqələr yalnız 2019-cu ildə bərpa edilmişdi.
Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.