ABŞ və İsrailin Qəzza ilə bağlı yeni planı: Ya bu ölkələrin orduları girir, ya da...

1-11-2023, 11:15           
ABŞ və İsrailin Qəzza ilə bağlı yeni planı:
İsrail və ABŞ Fələstinin HƏMAS radikal qruplaşmasının yaraqlılarının anklavdan sıxışdırılacağı təqdirdə mümkün layihələrdən biri kimi Qəzza zolağında beynəlxalq kontingentin yerləşdirilməsi variantını müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, İsrail üçün ən çox üstünlük verilən variant Amerika, Fransa, Almaniya və Britaniya hərbçilərindən ibarət beynəlxalq koalisiyanın Qəzza zolağına müvəqqəti nəzarət etmə variantıdır. Bundan əlavə, nəşrin məlumatına görə, Qəzzada əlavə kontingent kimi Səudiyyə Ərəbistanından olan hərbçilərin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bölmələrinin yerləşdirilməsi təklif edilir.

Digər variant çoxmillətli qüvvələr və Sinay yarımadasındakı müşahidəçilər xətti boyunca sülhməramlıların cəlb edilməsidir. “Bloomberg” qeyd edir ki, İsrail də bu variantı Qəzzanın şərtlərinə uyğun hesab edir.

Üçüncü variant isə anklavın BMT-nin himayəsi altında müvəqqəti idarə olunmasıdır. Agentlik aydınlaşdırıb ki, İsrail təşkilatın “faydasızlığına” görə bu variantı əbəs hesab edir. Üstəlik, nəşrin mənbəsi iddia edir ki, yuxarıda göstərilən bütün variantlar Amerika lideri Co Bayden üçün təhlükə yaradır, onun hazırda ABŞ-ın minimal kontingentini belə riskə atmaq imkanı yoxdur. Bundan əlavə, ərəb ölkələrinin İsrail layihələrində iştirak etməyə hazır olması ilə bağlı heç bir aydınlıq yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.