“Paşinyan 10 noyabr razılaşmasının 9-cu bəndindən imtina edib” - “Hraparak”

1-11-2023, 11:37           
“Paşinyan 10 noyabr razılaşmasının 9-cu bəndindən imtina edib” - “Hraparak”
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Gürcüstanda keçirilən “İpək Yolu” adlı tədbirdə çıxışı zamanı kommunikasiyaların açılmasına hazır olduqlarını bildirmişdi. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Paşinyan həmin çıxışı zamanı Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolun Ermənistanın nəzarəti və qanunları ilə işləyəcəyini, habelə onun təhlükəsizliyini də İrəvanın təşkil edəcəyini vurğulayıb.

Baş nazir bildirib ki, yolların mühafizəsi və təhlükəsizliyi üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti yanında xüsusi şöbə yaradılacaq. Onların dəstəyi və iştirakı ilə sözügedən yolun təhlükəsizliyi təmin ediləcək.

JAMAZ.İNFO bildirir ki, “Hraparak” qəzeti Paşinyanın bu açıqlamasını “10 noyabr razılaşmasının 9-cu bəndindən imtina edilməsi” kimi qiymətləndirib. Qəzet yazır ki, 10 noyabr razılaşmasının 9-cu bəndində Azərbaycanın əsas hissəsindən Naxçıvana yol açılması, onun təhlükəsizliyini isə Rusiya FTX-sı qorumalıdır qeyd edilib. “Paşinyan isə bildirir ki, həmin yolu Ermənistan MTX-sı qoruyacaq. Bu o deməkdir ki, baş nazir 10 noyabr razılaşmasının 9-cu bəndindən çıxdığını bəyan və onu ləğv edib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru