Şotlandiyanın baş naziri İsraili ittiham etdi: Dünya sizi qoruya bilmədiyi üçün...

1-11-2023, 15:35           
Şotlandiyanın baş naziri İsraili ittiham etdi: Dünya sizi qoruya bilmədiyi üçün...
Şotlandiyanın regional baş naziri Həmzə Yusif sosial media platforması "X"-dəki paylaşımında İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə etdiyi hava hücumuna reaksiya verib.

Publika.az xəbər verir ki, Qəzzada təcili atəşkəsin vacibliyini vurğulayan baş nazir "Cibaliya Qaçqın Düşərgəsindəki günahsız kişilər, qadınlar və uşaqlar, dünya sizi qoruya bilmədiyi üçün təəssüf edirəm. İnsan həyatına bu açıq-aşkar etinasızlıq birmənalı şəkildə pislənməlidir" ifadələrini işlədib.

O, "Daha çox uşağın ölməsinə icazə verməyin" çağırışını edib.

Qəzza Səhiyyə Nazirliyi İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə hücum etdiyini açıqlamışdı. Nazirliyin Teleqram hesabından edilən açıqlamada, ilkin təsbitlərə görə, hücumda 100 nəfərin həyatını itirdiyi, düşərgədəki mülki yaşayış məntəqələrindən biri olan 6 Blok məhəlləsinin tamamilə dağıdıldığı bildirilmişdi.

Yusif oktyabrın 9-da verdiyi açıqlamada həyat yoldaşının Şotlandiyada yaşayan anası və atasının Qəzzada olduğunu və bölgədə qapalı qaldıqlarını açıqlayıb.

Oktyabrın 13-də paylaşdığı videoda Qəzzada qapalı qalan Yusifin qayınanası Elizabet Əl-Nakla göz yaşlarına hakim ola bilməyib və "İnsanlıq haradadır? Dünyanın harasında insanların ürəyi bu dövrdə buna icazə verir" ifadələrini işlədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru