“İrəvan Bakıdan 1926-cı ilə xəritəsinə əsasən 31 min kv.km ərazisini tələb etməlidir” - Erməni kartoqraf SƏRSƏM FİKİRLƏR...

1-11-2023, 16:58           
“İrəvan Bakıdan 1926-cı ilə xəritəsinə əsasən 31 min kv.km ərazisini tələb etməlidir” - Erməni kartoqraf SƏRSƏM FİKİRLƏR...
Ermənistanın baş naziri Nikol Paşinyanın “sərhədlər 1977-ci il xəritələri ilə müəyyən olunacaq” açıqlamasından sonra bu ölkədə müzakirələr yenidən qızışıb. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, ermənilərin ən tanınmış kartoqrafı Ruben Qalçyan bu prosesdə öndə gedənlərdəndir.

Qalçıyan deyir ki, 1977-ci il xəritəsi ilə 1991-ci il xəritələri eyni şeydir. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sərhədlərini 1926-cı ilin xəritəsinə əsasən delmitasiya və demarkasiya etməlidir. “1977 və 1991-ci il xəritələri eyni şeydir. Onların hər ikisində anklavlar var. Yəni, bir birlərindən ciddi fərqlənmirlər. Lakin Ermənistan 1926-cı il xəritələrinə istinad etməlidir. Çünki həmin xəritələrdə anklavlar, Qara göl məsələləri yoxdur. Əksinə, 1926-cı ildən sonra SSRİ Ermənistan torpaqlarını alaraq, Azərbaycana verdi”.

Qalçyan iddia edib ki, Ermənistan 1926-cı il xəritələrinə istinad etməklə, həm də Azərbaycandan “torpaqları”nı tələb etməlidir. “Biz Azərbaycandan 31 min kv.km ərazimizi tələb etməliyik. Bu gün qeyd olunan 29.8 min kv.km ərazi Ermənistanın real ərazisini əhatə eləmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.