Berlin Parisin yolunu gedməyəcək...

5-11-2023, 09:54           
Berlin Parisin yolunu gedməyəcək...
Fransanın ermənipərəstliyi davam edir, buna görə də Bakı-Paris münasibətləri tarixinin ən soyuq dövrünü yaşayır, eyni zamanda elə etməliyik ki, Almaniya Parisin bu siyasətinə şərik olmasın. Almaniyanın xarici işlər naziri Annelena Berbok İrəvandan sonra Bakıya gəlib. Almaniyanın xarici işlər naziri İrəvanda erməni jurnalistin “Azərbaycana qarşı sanksiya tətbiq etməyi planlaşdırırsınızm” təxribatçı sualına cavab olaraq Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına önəm verdiyini dedi. Doğrudur, keçmiş aylarda Annelena Berbok fransalı həmkarı kimi Azərbaycan əleyhinə bir neçə açıqlama vermişdi. Ancaq Bakıda ona izah edilməlidir ki, Berlin Paris kimi Azərbaycanı itirmək istəmirsə, ölkəmizlə bağlı açıqlamalarında diqqətli olmalıdır.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru