ABŞ, Misir və İordaniya razılığa gəlib

5-11-2023, 10:34           
ABŞ, Misir və İordaniya razılığa gəlib
ABŞ, Misir və İordaniya öz təsirlərindən istifadə edərək İsrailə qarşı yeni bir cəbhənin açılmaması üçün səy göstərəcək.

Bunu ABŞ dövlət katibi Antoni Blinken Əmmanda Misir və İordaniyadan olan həmkarları ilə birgə mətbuat konfransında deyib.

“Bu gün biz hamımız hər hansı dövləti və ya qeyri-dövlət aktorunu bu (Fələstin-İsrail) münaqişədən və digər sabitliyi pozan fəaliyyətlərdən çəkindirmək üçün öz təsirimizdən, imkanlarımızdan istifadə etməyin vacibliyini dərk etdik. Biz hamımız bunda birbaşa maraqlıyıq” - deyə ABŞ dövlət katibi qeyd edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru