Bakı ilə İrəvanı müqayisə etdi - ermənilər qəzəbləndi

5-11-2023, 09:52           
Bakı ilə İrəvanı müqayisə etdi -
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycanla Ermənistanı iqtisadi baxımdan müqayisə edib.

Axar.az xəbər verir ki, o, Azərbaycanın indiki şəraitdə böyük iqtisadi potensiala malik olduğunu bildirib.

“İqtisadi potensial - gəlin müqayisə edək: Azərbaycanın 10 milyon əhalisi var, Ermənistanın isə deyirlər ki, üç milyondur. Amma biz dəqiq bilirik ki, belə deyil – Ermənistanda maksimum 2 milyon insan var. Azərbaycan iqtisadi və maliyyə baxımından əhəmiyyətli üstünlüyə malikdir”, - Patruşev Rusiya Forumu çərçivəsində keçirilən “Bilik” cəmiyyətinin marafonunda deyib.

Qeyd edək ki, ermənilər bu müqayisəni Ermənistanın aşağılanması kimi qəbul ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru