Nigeriya Çexiyanın baş nazirinin səfərini İsraillə bağlı mövqeyinə görə ləğv etdi

7-11-2023, 10:44           
Nigeriya Çexiyanın baş nazirinin səfərini İsraillə bağlı mövqeyinə görə ləğv etdi
Nigeriya Afrika turnesinə çıxan Çexiyanın baş naziri Petr Fialanın səfərini Praqanın İsraillə bağlı mövqeyinə görə son anda ləğv edib.

Nigeriya tərəfi qərarını bazar ertəsi axşam elan edib.

Bildirilir ki, Fialanın səfərinin ləğv edilməsinə səbəb Çexiyanın BMT-də İsrailə dəstəyi olub.
Qeyd edək ki, Baş nazir bir həftə davam edəcək Afrika turu çərçivəsində Nigeriya, Efiopiya, Keniya, Qana və Kot-d'İvuara səfər etməli idi. Yeni şəraitə görə nümayəndə heyətinin Keniyada daha uzun müddət qalacağı gözlənilir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru