Lukaşenkodan ikibaşlı təbrik: Böyük Oktyabr inqilabının ideyaları...

7-11-2023, 10:22           
Lukaşenkodan ikibaşlı təbrik: Böyük Oktyabr inqilabının ideyaları...
Aleksandr Lukaşenko belarusları Oktyabr İnqilabı Günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb. Lukaşenko təbrik məktubunda Böyük Oktyabr inqilabının ideyalarını aktual və əhəmiyyətli adlandırıb. O qeyd edib ki, dünya əhalisinin böyük əksəriyyəti sosial ədalətə can atır, lakin bir çox ölkələr hələ də istismar, zülm, mədəni ekspansiya, iqtisadi sanksiyalar və siyasi şantajla üzləşirlər.

Siyasətçinin sözlərinə görə, Oktyabr inqilabı Belarus tarixində yeni səhifə açdı və milli Belarus dövlətçiliyinin inkişafına təkan verdi.

Lukaşenko hesab edir ki, belaruslar bir çox sınaqlardan keçərək dünya xalqlarının böyük ailəsində öz layiqli yerini tutublar. O, belaruslulara cansağlığı, nikbinlik və firavanlıq arzulayıb.
QEYD: "Batko" həmişəki kimi təəcübləndirir!!!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.