Təbrizdə Türkiyəyə qarşı aksiya hazırlanır - İLGİNC

7-11-2023, 12:20           
Təbrizdə Türkiyəyə qarşı aksiya hazırlanır - İLGİNC
Bu gün günortadan sonra Türkiyənin Təbrizdəki konsulluğu qarşısında hökumətin təşkil etdiyi etiraz aksiyası keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə SEPAH-a yaxın media məlumat yayıb.

Aksiyanın dini mərkəzlərin tələbələri tərəfindən planlaşdırıldığı iddia edilir.

“Qəzzanın bombalanması dərhal dayandırılmalı, İsrailə ərzaq və neft ixracı yolları bağlanmalıdır”, - çağırış posterlərində yazılıb.

Türkiyənin İsrailə qarşı sərt mövqe göstərməsinə baxmayaraq, belə bir aksiyanın planlaşdırılması sosial media istifadəçilərinin tənqidlərinə səbəb olub.

“Görünür, hədəf İsrail yox, Türkiyədir”, - şərhlərdə yazılıb. //Axar.az//
QEYD: İran və Rusiya Türkiyənin əzəliu və əbədi düşmənidir. Sadəcə zaman gözləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru