Kremlin qeyri-səmimi sülh bəyanatları: Rusiya yeni ərazilər işğal etmək arzusundadır

8-11-2023, 20:25           
Kremlin qeyri-səmimi sülh bəyanatları:
Putinin kompromis axtarışı ilə bağlı mövqeyi göz qabağındadır: çar bütün Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərini istəyir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda Pekində bəyan edib ki, Rusiya Federasiyası Ukrayna üzrə danışıqlara hazırdır. Lakin əlavə edib ki, bunun üçün şərait yaradılmayıb. Rusiya liderləri Pekinə (təkcə Pekinə deyil) gedəndə deməyə başlayırlar ki, onlar əslində sülhə, danışıqlara hazırdırlar. Bu yolla onlar belə demək mümkünsə, “konstruktivliklərini” vurğulayır, müharibənin tezliklə başa çatması ilə bağlı dünyanın müxtəlif ölkələrində müəyyən hisslərdən yararlanır, aqressiv vəhşilər kimi yox, az qala “sülh göyərçinləri” kimi görünməyə çalışırlar.

Beləliklə, Şoyqunun bəyanatında təəccüblü heç nə yoxdur. Rusiyanın xarici işlər naziri Lavrov Çində olarkən çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı da eyni sözləri deyib. Və Çin tərəfi daha sonra Rusiyanın danışıqlara hazır olduğunu vurğuladı. Buna görə də, Şoyqu xarici platformada Rusiya Federasiyasının hansısa dinc təşəbbüsləri qəbul etməyə hazır olduğunu iddia edən daha bir məmurdur.

Daha bir məqam: bu cür bəyanatlar rəsmi Pekinə qarşı müəyyən mənada baş əyməkdir, asılı olduğu dövlətə bir növ, yaltaqlıqdır. Xüsusilə Putin və Lavrov dəfələrlə Çinin sülh təklifini alqışladıqlarını bildiriblər, xüsusən də hərbi əməliyyatların dayandırılmasını və sülh danışıqlarını nəzərdə tutan Çinin sülh planını.

Amma reallıqda Rusiya Federasiyasının mövqeyi Kremlin sülh təşəbbüslərinin dəstəklənməsi və ya Çinin sülh planının müsbət qiymətləndirilməsi ilə bağlı söylədiklərindən fərqlənir. Həqiqətən də Çin planında ruslar üçün yeganə müsbət cəhət müharibənin bitməsi və danışıqların başlanmasıdır, sonra isə çoxlu mübahisəli məsələlər var. Yəni Putin üçün, Kreml üçün Çinin təkliflərində yeganə məqbul məqam Ukraynanın döyüşləri dayandırması və danışıqlara razı olmasıdır. O zaman Putin Ukraynanı müvəqqəti işğal olunmuş ərazilərindən imtina etməyə məcbur etməkdə davam edəcək. Axı çinlilər öz planlarında nə deyirdilər? Problemi danışıqlar yolu ilə həll edin, kompromis əldə edin. Və Putinin kompromis axtarışı ilə bağlı mövqeyi göz qabağındadır: çar bütün Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərini istəyir.

Əslində Putin gələcək hərbi əməliyyatlara hazırlaşmaq və işğal olunmuş Ukrayna ərazilərində möhkəmlənmək üçün hər şeyi qaynar müharibə vəziyyətindən danışıqlar vəziyyətinə keçirmək istəyir. Ona görə də əslində Kreml rəsmilərinin Çinə səfərləri zamanı və ya Moskvada Çinin sülh planından danışdıqları zaman dedikləri sadəcə siyasi bəyanatlardır. Rəsmi Pekindən asılı olduqları üçün bütövlükdə Çinin mövqeyini yüksək qiymətləndirirlər, amma əslində Kreml heç bir Çin planında maraqlı deyil. Rusiya yeni ərazilər istəyir.

Müəllif: Vladimir Volya - Siyasi ekspert.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.