Rusiya Qazaxıstana ABŞ-la bağlı XƏBƏRDARLIQ ETDİ

8-11-2023, 10:48           
Rusiya Qazaxıstana ABŞ-la bağlı XƏBƏRDARLIQ ETDİ
ABŞ ordusu Qazaxıstanda sülhməramlı təlim proqramları üzərində təsirini genişləndirməyə çalışır.

Publika.az xəbər verir ki, bunu"RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə üçüncü departamentinin direktoru Aleksandr Sternik deyib .

O xatırladıb ki, oktyabrın sonunda sosial şəbəkələrdə Qazaxıstanda NATO mərkəzinin açıldığı barədə məlumatlar yayılıb:

"Sonradan bu xəbər təkzib edildi. Söhbət Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzində yeni konfrans zalının açılışından getdiyinə aydınlıq gətirildi".

Onun sözlərinə görə, 2006-cı ildən NATO standartları üzrə təlim keçir.

"Aydındır ki, Amerika tərəfi Qazaxıstanda öz təsirini genişləndirmək maraqları naminə bu cür hərəkətlərlə özünü "reklam" etməyə çalışır", - Sternik bildirib.

Diplomat qeyd edib ki, amerikalı hərbçilərin Qazaxıstanda olması və onların infrastrukturundan söhbət getmir.

O, vurğulayıb ki, KTMT-yə üzv olan bütün ölkələr müttəfiqləri ilə razılaşdırılmadan üçüncü ölkələrin kontingentinin yerləşdirilməsinə imkan verməmək öhdəliyinə əməl edirlər.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru