“Zəngəzur dəhlizinə nəzarəti FTX həyata keçirməlidir“ - Zaxarova

9-11-2023, 21:46           
“Zəngəzur dəhlizinə nəzarəti FTX həyata keçirməlidir“ - Zaxarova
Moskva inanır ki, regionda nəqliyyat və iqtisadi dəhlizlərin açılması Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında müsbət rol oynayacaq.

"AzPolitika.info" Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.

“Üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan bir neçə ay sonra məhz bu işçi qrupu yaratmaq qərarına gəliblər. Artıq bu qrupun 12 iclası keçirilib, çox böyük işlər görülüb və biz bütün tərəflər üçün faydalı olan paket həllinə çox yaxınlaşa bilmişik. Təəssüf ki, hələ də bu məsələlərə son qoymaq mümkün olmayıb. Bəli, bəzi insanların bunu etmək üçün siyasi iradəsi yoxdur və bu adamlar biz deyilik. Biz regional kommunikasiyaların açılması proseslərinə lazımi yardımı göstərməyə hazırıq”, -deyə Zaxarova qeyd edib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətində regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən bölmənin yaradılmasına münasibət bildirən Zaxarova qeyd edib ki, “üçtərəfli razılaşmalara əsasən, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında quru yolu ilə nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanlarının həyata keçirməsi nəzərdə tutulub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.