İranın İsrail-HƏMAS müharibəsində iştirak niyyətinə dair heç bir əlamət yoxdur - ABŞ nümayəndəsi

10-11-2023, 10:38           
İranın İsrail-HƏMAS müharibəsində iştirak niyyətinə dair heç bir əlamət yoxdur - ABŞ nümayəndəsi
İran və ya onun regiondakı proksilərinin İsrail-HƏMAS müharibəsində iştirak niyyətində olmasına dair heç bir əlamət yoxdur.

APA xəbər verir ki, bunu ABŞ-nin Yaxın Şərq humanitar məsələləri üzrə xüsusi nümayəndəsi Devid Satterfeld onlayn brifinqdə bildirib.

O, əlavə edib ki, Livan-İsrail sərhədindəki vəziyyət potensial olaraq səhv hesablamalara yol aça bilər, lakin ümumilikdə Livanın münaqişədə iştirak edəcəyinə ehtimal yoxdur.

“Biz Livan və İsrailin iştirakı ilə münaqişənin qaçılmaz olduğuna inanmırıq”, - xüsusi nümayəndə vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru