Blinken "artan, təhlükəli" Rusiya-Şimali Koreya hərbi əlaqələrini tənqid edir

10-11-2023, 10:28           
Blinken "artan, təhlükəli" Rusiya-Şimali Koreya hərbi əlaqələrini tənqid edir
Pxenyanın Moskvanı Ukraynada apardığı müharibəsi üçün silahlarla təmin etdiyinə dair xəbərlərdən sonra ABŞ dövlət katibi Antoni Blinken Şimali Koreya ilə Rusiya arasında “artan və təhlükəli” hərbi əməkdaşlığı qınayıb.

“Bu hər ikimiz, eləcə də dünyanın digər ölkələri üçün dərin narahatlıq doğurur,” Blinken Seulda Cənubi Koreyanın xarici işlər naziri Park Cinlə görüşündən sonra mətbuat konfransında deyib.

Cənubi Koreyanın baş casus agentliyi inanır ki, Şimali Koreya avqustun başlanğıcından bəri Moskvaya milyondan çox artilleriya mərmisi göndərib və bildirir ki, bu, Rusiyanın müharibəsi üçün təxminən iki aylıq tədarükə bərabərdir.

Blinken deyib ki, Rusiya da cavab olaraq Şimali Koreyanın hərbi proqramlarını “texnologiya və dəstəklə” təmin edir, ancaq o, təfərrüatları açıqlamayıb.

“Bizim Şimali Koreyanın ballistik raket proqramlarına, nüvə texnologiyasına və kosmosa buraxılma qabiliyyətinə hər hansı dəstəklə bağlı ciddi narahatlığımız var,” Blinken deyib.

Blinken bildirib ki, Bİrləşmiş Ştatlar, Cənubi Koreya və başqa ölkələr Rusiya-Şimali Koreya arasında hərbi tranzaksiyaları “müəyyən etmək, ifşa etmək və qarşı çıxmaq” üçün səyləri davam etdirəcəklər ki, buna BMT Təhlükəsizlik Şurasında təzyiqi artırmaq daxildir.

Rusiya Prezidenti Vladimir Putin sentyabr ayında Rusiyanın Uzaq Şərqində Şimali Koreya lideri Kim Conq Unla görüşündə Moskvanın Pxenyana peyklərin qurulmasına kömək etdiyini təsdiqləyib – baxmayaraq ki, Putin etiraf edib ki, “müəyyən məhdudiyyətlər” bu cür əməkdaşlığı çətinləşdirə bilər.

Şimali Koreya bu il iki dəfə hərbi casus peyki buraxmağa cəhd edib. Hər iki cəhd uğursuz olub. Cənubi Koreya hərbi rəsmiləri Pxenyanın bu ayın sonunda, ehtimal ki, Rusiyanın köməyindən sonra yenidən cəhd edə biləcəyini gözləyirlər.

Bəzi təhlilçilər Rusiyanın Şimali Koreyanın nüvə proqramına dəstəyinin daha təhlükəli yollarla genişlənəcəyindən ehtiyat edirlər. Şimali Koreyanın nevə obyektlərini ziyarət edən Amerikalı nüvə üzrə ekspert Siqrid Heker bu yaxınlarda Moskvanın Kimin nüvə silahı istehsalını eksponensial olaraq artırmaq vədini yerinə yetirməyə kömək etmək üçün parçalanan material təmin edə biləcəyindən narahatlığını ifadə edib.

Həm Rusiya, həm də Şimali Koreya Pxenyanın Rusiyanın Ukraynadakı müharibəsində istifadə etməsi üçün silah göndərdiyini inkar edir. Ancaq ictimaiyyətə açıq öeyk görüntüləri Şimali Koreyadan Rusiya limanlarına təkrar-təkrar yükün göndərildiyini göstərir. Həmin çatdırılmanın daha sonra Rusiyanın Ukrayna ilə sərhədindən 200 kilometr aralıda yerləşən sursat anbarına gedir.

Blinken Seula səfəri zamanı həmçinin Cənubi Koreya Prezidenti Yun Suk Yeolla görüşüb. ABŞ Dövlət Departamentinin görüşlə bağlı açıqlamasında bildirilib ki, onlar “genişlənmiş çəkindirmə üzrə sıx əməkdaşlığı davam etdirmək öhədliklərini üzərinə götürüblər.”

Blinken cümə axşamı təkid edib ki, bu çəkindirmə səyləri yalnız Şimali Koreya-Rusiya hərbi əməkdaşlığının davam etdirilməsi ilə gücləndiriləcək.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.