“Rusiya ordusu mümkün qədər məhv edilməlidir” – ABŞ prezidentliyinə namizəd

11-11-2023, 07:35           
“Rusiya ordusu mümkün qədər məhv edilməlidir” –
ABŞ prezidentliyinə namizəd, senator Tim Skott (Respublikaçı) hesab edir ki, Amerika Birləşmiş Ştatları NATO ölkələrini qorumaq üçün öz qoşunlarını göndərmək zərurətinin yaranmaması üçün Rusiyanın silahlı qüvvələrinin “məhv edilməsində” maraqlıdır.

Bu barədə “Breitbart News” xəbər verir.

Ukraynaya hərbi yardımın artırılması ilə bağlı suala cavab verən Skott, “Rusiya ordusunu mümkün qədər məhv etmək” təklifi ilə çıxış edib.

"Əsas məsələ ondan ibarətdir ki, biz ilk növbədə Amerika xalqına resurslarımızın hara getdiyini başa düşməyə imkan verən bir hesabatlılıq səviyyəsinə nail olmalıyıq və bu, bir nömrədir. İkincisi, biz bu məsuliyyət və hesabatlılığın qayğısına qaldıqdan sonra, bizim imkanımız yaranacaq ki, resurslarımızdan istifadə edərkən bizə Rusiya ordusunu deqradasiya etməyə kömək edəcək ümumi strategiyaya nəzər salaq. Açıq danışsaq, NATO-dakı tərəfdaşlarımızın Rusiya ordusu qarşısında təhlükəsizliyini təmin etmək çox vacibdir", - Tim Skott bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının NATO ölkələrini qorumaq üçün müharibədə iştirak riskindən qaçmağın “ən sürətli yolu” “mümkün qədər Rusiya ordusunu məhv etmək”dir: “Bunu etməklə biz əslində məqsədə nail oluruq".

Tim Skott Cənubi Karolinadan olan senatordur. O, Respublikaçılar Partiyasının prezident seçkilərində ilkin debatlarının beş iştirakçısından biri idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.